Xəzər Xəbər

Abşeronda karantin qaydalarını pozan kafe aşkar edilib

Cəmiyyət | 19:20 • 6 Aprel 2021
Abşeronda karantin qaydalarını pozan kafe aşkar edilib

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl olunmaması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında - 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana baxış keçiriblər. Obyektin icarədarı X.Səfərov və daha dörd müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

Xəbər lenti