Xəzər Xəbər

Qax rayonu ərazisində böyük kvars zonası aşkarlanıb

Cəmiyyət | 20:32 • 6 Aprel 2021
Qax rayonu ərazisində böyük kvars zonası aşkarlanıb

İki ay əvvəl Böyük Qafqazın cənub yamacında, yəni Qax rayonu ərazisində böyük kvars zonası aşkarlanıb. İncələmə mərhələsindən, laboratoriya təhlillərindən sonra ilkin göstəricilərinə görə, onun ağ kvars olduğu qənaətinə gəlinib. İlkin laboratoriya təhlillərindən sonra ola bilsin ki, şəffaf şüşə istehsalı üçün kvars yataqlarına malik olacağıq. Bu istiqamətdə işlər gedir.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, Azərbaycanda kəşf edilmiş kvars yataqları, yəni kvars qumu yalnız rəngli şüşənin istehsalı üçün keçərli olduğuna görə, istismarçılar adətən xaricdən qum idxal edirlər: “Lakin onu da qeyd edək ki, yetəri qədər kvars qum yatağımız var. Abşeron yarımadasında da belə bir qum yatağı mövcuddur. Quba-Qusar zonasında, Kiçik Qafqazda da həmin yataqlara rast gəlinir”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti