Xəzər Xəbər

Təhsilin keyfiyyəti ilə bağlı aparılan sorğu çərçivəsində 10 812 rəy qəbul edilib

Cəmiyyət | 17:09 • 18 Mart 2021
Təhsilin keyfiyyəti ilə bağlı aparılan sorğu çərçivəsində 10 812 rəy qəbul edilib

Bir neçə gün öncə başladılan təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğu çərçivəsində 10 812 rəy qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, 10 mindən çox insanın təhsilin keyfiyyəti haqqında öz fikir və rəyini bildirməsi təhsilin keyfiyyətinə ictimaiyyətin böyük diqqətinin olmasını nümayş etdirir.

Xəbər lenti