Xəzər Xəbər

Məktəblər yenidən bağlanacaq? - Nazir cavab verdi

Cəmiyyət | 17:04 • 18 Mart 2021
Məktəblər yenidən bağlanacaq? - Nazir cavab verdi

"Bizə tez-tez sual verirlər ki, məktəblər yenidən bağlanacaqmı, distant təhsilə keçiləcəkmi? Biz daha çox distant təhsilə keçilməsindən danışırıq. Qarşıdan Novruz bayramı gəlir. Novruz bayramı günlərində 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq".

Xezerxeber.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, bu mənada, vətəndaşlar vəziyyəti düzgün dərk edib daha ehtiyatlı davranmalıdırlar: "Yoluxma sayının aşağı enməsi məktəbin fəaliyyətini davamlı saxlamağa imkan verəcək”.

Xəbər lenti