Xəzər Xəbər

Koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayı açıqlanıb

Cəmiyyət | 16:32 • 18 Mart 2021
Koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayı açıqlanıb

Fevralın 1-dən gündəlik əsasda Səhiyyə Nazirliyi, GEM-dəki həmkarlarla rəqəmləri izləyirik, bunun nə qədər kütləvi yoluxma yaratma riski qiymətləndirilir. Məktəbin daxilində kütləvi yoluxma olanda distant təhsilə keçir. 

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. 

Onun sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub. :"Bunların hamısı məktəbdə olmayıb.  Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. Məktəbəhazırlıq qruplarında isə 23 nəfər yoluxub. İşçi heyət arasında virusa yoluxanların sayı 714 nəfərdir".

Nazir deyib ki, ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir. İndiyə kimi 48 məktəb distanta keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb: "Biz məktəblərin hibrid formada davam etməsini istəyirik, bunun üçün kifayət qədər səy göstərilir”. 

Xəbər lenti