Xəzər Xəbər

Türkiyəyə səfər edəcək şəxslərin nəzərinə - Müddət uzadıldı

Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
Cəmiyyət | 15:25 • 4 Mart 2021
Türkiyəyə səfər edəcək şəxslərin nəzərinə - Müddət uzadıldı

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyəyə quru, dəniz və hava yolu ilə səfər edəcək şəxslərdən son 72 saat ərzində götürülmüş neqativ SARS-CoV-2 PCR testi ilə bağlı tələbin müddəti uzadılıb.

XəzərXəbər-in Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, müddət 15 aprel 2021-ci il tarixinədək uzadılıb.

Bildirilib ki, neqativ test təqdim edə bilməyənlərə tətbiq ediləcək karantin şərtləri də qüvvədə qalıb. /apa

Xəbər lenti