Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Küçəyə atılan uşaqlar... – Onların sonrakı taleyi necə olur?

Kəmalə Ağazadə hazırda küçəyə atılan uşaqların  çox olmadığını bildirib
Cəmiyyət | 108 | 15:32 • 4 Mart 2021
Küçəyə atılan uşaqlar... – Onların sonrakı taleyi necə olur?

Uşaqları qorumaq, sevgi vermək hər bir valideynin borcudur. Lakin bəzən valideyn məsuliyyətsizliyinin də şahidi oluruq.  Bir qism övlad sahibi olmaq arzusu ilə yaşadığı halda, kimlərsə doğma uşağından imtina edir. Elə ötən gün küçəyə atılan 5 yaşlı Nərgiz kimi...

O, Nərimanov RPİ əməkdaşları tərəfindən tapılaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-reinteqrasiya Mərkəzinə təhvil verilib.
 
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə hazırda küçəyə atılan uşaqların  çox olmadığını bildirib: "Müşahidələrimiz onu göstərir ki,  artıq qınaq olduğuna görə bundan ehtiyat edirlər. Amma hələ də bu kimi hallar var. Roma qrupu kimi tanıdığımız qaraçı uşaqlarını yenə də küçələrdə görürük. Atılmasalar da, qazanc əldə etmək üçün elə onlar da atılmışlar kateqoriyasına düşürlər. Valideynlərin uşaqlarından imtina etməsi ilə bağlı müxtəlif səbəblər var. Baxımsızlıq, diqqətsizlik, maddi vəziyyətinin normal olmamasını əsas gətirmə halları ilə rastlaşırıq”.

Müsahibimiz küçəyə atılan uşaqların aqibətindən də söz açıb: "Əgər küçədə aşkarlanmış uşaq müəssisəyə yerləşdirilirsə və valideyn hüquqları məhdudlaşdırılırsa, bu uşaqlar sığınacaqda realibitasiya keçdikdən sonra bir qayda olaraq dövlət uşaq müəssisələrinə yerləşdirilməsi üçün icra hakimiyyətlərinin sərəncamları əsasında müəssisələrə istiqamətləndirilir. Bir çox hallarda isə valideynlər öz səhvlərini başa düşürlər. Əgər uşağa ailədə zorakılıq törədilməyibsə, bu uşağın küçəyə düşmə səbəbi ailədəki şiddət , təcavüzdən irəli gəlməyibsə, o zaman valideyn hüquqları ona izah olunur. Bundan sonra uşaq ailədə yaşamağa davam edə bilər. Əks hallarda isə valideyn hüquqları məhdudlaşdırılaraq, uşaq dövlət tərəfindən nəzarətə alınır”.

K.Ağazadə "Əgər baxa bilməyəcəksənsə, dünyaya uşaq gətirmə” fikrinə də münasibət bildirib. O qeyd edib ki, bu, bayağı fikirdir: "Biz heç kimə "Sən baxa bilmirsənsə, uşaq dünyaya gətirmə” deyə bilmirik. Valideyn olaraq özü məsuliyyəti dərk etməlidir. Əgər ehtiyac varsa, zamanında hamiləlik dayandırılmalıdır ki, artıq ana bətnində formalaşmış uşağa qarşı zorakılıq halı baş verməsin. Ümumiyyətlə uşaqlar planlaşdırılmış şəkildə dünyaya gətirilməlidir ki, onun təminatı da olsun”.
 
Qeyd edək ki, Konstitusiyanın 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər bir valideynin borcudur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 143-cü maddəsinə görə isə, təhlükədə qoymaq, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi qəsdən köməksiz qoymaq, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə - 300 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır./Sfera.az

Çox oxunanlar

Sabah 25 dərəcə isti olacaq
33 | 11:57 • 11 Aprel 2021