Xəzər Xəbər

Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb DİM

Cəmiyyət | 12:28 • 4 Mart 2021
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19885 bakalavr qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, ötən illə müqayisədə ərizə verənlərin sayı 4147 nəfər (26.35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1.28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1.16%) bu səviyyədə olub.

Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47.57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48.96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 257 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1334 nəfər olub. Ötən il analoji göstəricilər 15, 252,1284 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub. Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti