Xəzər Xəbər

Direktor müəllimin maaşını kəsib? RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 12:49 • 4 Mart 2021
Direktor müəllimin maaşını kəsib?
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova tərəfindən müəllimin maaşının kəsilməsi ilə bağlı iddialara münasibət bildirib.
 
XəzərXəbər-in məlumatına görə, qurumdan "oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində yerləşən 162 nömrəli tam orta məktəbin direktoru tərəfindən müəllimin əməkhaqqının kəsilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb:
 
"Araşdırmanın nəticəsində 162 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elnarə Qasımovanın 2020/2021-ci tədris ilinin əvvəlindən hazırkı dövrə kimi distant və əyani formada təşkil edilmiş dərslərdə iştirak etmədiyi məlum olub.
 
Qeyd olunan məsələ məktəbin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda da öz əksini tapıb. Qeyd edək ki, məktəb rəhbərliyi tərəfindən E.Qasımova ilə dəfələrlə əlaqə saxlanılsa da, o, zənglərə cavab verməyib, ümumiyyətlə, məktəblə əlaqə saxlamayıb.
 
Daha sonra E.Qasımova ilə əlaqə yaradılıb və o, məktəbə dəvət edilib. Onunla müvafiq məzmunda söhbət aparılmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib və E.Qasımovanı dərslərin tədrisinə cəlb etmək mümkün olmayıb.
 
Məktəb rəhbərliyinə təqdim etdiyi yazılı məlumata əsasən, E.Qasımova dərslərə qoşulmadığını özü də etiraf edib”.
 
İdarədən qeyd edilib ki, bütün bunlar müvafiq qaydada rəsmiləşdirilib:
 
"Məktəb rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabeli tərtib edilərkən üzrsüz səbəbdən işə çıxmadığına görə E.Qasımovaya iş günləri hesablanmayıb və bu səbəbdən ona əməkhaqqı ödənilməyib.
 
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 4.2.2-ci bəndinə əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır.
 
Məktəb tərəfindən verilmiş məlumata əsasən, E.Qasımovaya işdən çıxması ilə bağlı hər hansı bir təzyiq olmayıb”.
 
Qeyd edək ki, bir müddət əvvəl Elnarə Qasımova mətbuata açıqlamasında bildirib ki, 14 il fiziki tərbiyə müəllimi işlədiyi məktəbdə pandemiya dövründə müəyyən səbəblərlə əlaqədar onlayn dərslərə qoşula bilməyib və buna görə məktəb direktoru tərəfindən işdən çıxması barədə ərizə yazması tələb olunub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
539 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti