Xəzər Xəbər

Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? AÇIQLAMA

İki həftəyə yaxın müddət bizim üçün kritik bir müddətdir.
Cəmiyyət | 11:53 • 1 Mart 2021
Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı?
"Biz vaksinasiya prosesində davam edən uğurları bir qədər də artırmaqla tədricən mərhələli şəkildə həm toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılıma gedə bilərik. Bu məsələdə səbr və təmkinlə, tələskənliyə yol vermədən addımlar atılmalıdır".
 
XəzərXəbər BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib.
 
O əlavə edib ki, tələskənliyə yol verərək yumşaldılma tədbirlərinin atılması sonradan müəyyən bir sərtləşdirmənin həyata keçirilməsinə gətirib çıxara bilər: "İndiki rəqəmlər, yoluxmanın sayının azalması, bir gün ərzində yoluxmanın sayının artması bizi o qədər də qorxutmamalıdır.
 
Biz diqqətimizi vaksinasiya prosesinə yönəltməliyik. Vaksinasiya könüllü olsa belə, əhali bu prosesdə yaxından iştirak etməlidir. Bu prosesdə iştirak etməklə yumşaldılma tədbirlərinin həyata keçirilməsini sürətləndirəcəyik.
 
Fikrimcə, iki həftəyə yaxın müddət bizim üçün kritik bir müddətdir. Biz yoluxmaların sayının dinamikasını nəzərə alaraq azalmaların maksimal olduğu, müəyyən artımın olduğu müddətlərə, sonrakı enmələrin hansı dinamikada getdiyinə və vaksinasiyadakı sıxlığa diqqət yetirsək, iki həftədən sonra bu barədə müəyyən fikirlər söyləmək olacaq.
 
Azərbaycanda insanlar qoruma tədbirlərini anlayışla qarşılayırlar. Vaksinasiya prosesi də kifayət qədər qaneedici sürətlə gedir. Vətəndaşlar həm yaş qrupuna, həm də müəyyən olunmuş vaksinasiya strategiyasına görə müəyyən addımlar atıldıqdan sonra yumşaldılmaların da olması realdır".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti