Xəzər Xəbər

“SMS-icazə” bərpa edilir? - Deputat açıqladı

Azərbaycanda yoluxanların sayında yenidən artım müşahidə olunur.
Cəmiyyət | 14:52 • 24 Fevral 2021
“SMS-icazə” bərpa edilir? - Deputat açıqladı

Azərbaycanda yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə fevralın 23-də koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayında artım davam edərsə yenidən "sms icazə" sistemi tətbiq edilə bilərmi?

Deputat İqbal Məmmədov bildirib ki, son günlər yoluxanların sayında az da olsa artımın olması narahatedicidir: "Koronavirus dünyada ilk başladığı gündən ölkəmiz tərəfindən lazım olan bütün qabaqlayıcı tədbirlər görüldü. Keçən ilin fevralında Operativ Qərargah yaradıldı. Ölkəmizdə pandemiya başladığı gündən görülən qabaqlayıcı tədbirlər sayəsində digər ölkələrdə olduğu kimi kütləvi ölümlərin qarşısı alındı. Tətbiq olunan karantin rejimi və mərhələli şəkildə sərtləşmələr sayəsində yoluxanların sayı 120-140-a qədər düşdü. Təəssüf ki, son bir neçə gündə yenidən yoluxanların sayında artım müşahidə olunur. Bu artım nəyinki məni bütün vətəndaşlarımızı narahat etmədilidir. Çünki bilirsiniz ki, koronavirusun Britaniya ştamı bütün dünyada sürətlə yayılır. Bundan əlavə bir neçə ölkədə artıq virusun 3-cü dalğası başlayıb. Ona görə də biz yumşalmalardan arxain olmamalıyıq. Qaldı ki, "sms icazə" sisteminin yenidən bərpa edilib-edilməməsinə bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir.Əgər "sms icazə" sisteminin yenidən bərpasını və karantin rejimin sərtləşməsini istəmiriksə qoyulan qaydalara əvvəlkindən də daha məsuliyyətli yanaşmalıyıq. Çünki yoluxanların sayının artması yenidən karantin rejimində sərtləşmələrə gətirib çıxara bilər. Bunu da heç birimiz arzulamırıq".

Deputat qeyd edib ki, 30 il həsrətində olduğumuz Qarabağımıza qovuşmuşuq: "Biz bu gün pandemiya deyil Qarabağımıza qayıdış barəsində fikirləşməliyik. Bütün gücümüzü Qarabağa yönəltməliyik.Ona görə də çalışmalıyıq ki, yoluxanların və ölənlərin sayı yenidən artmasın. Bilirsiniz ki, yanvarın 18-dən ölkəmizdə vaksinasiyaya da başlanılıb və mərhələli şəkildə proses davam etdirilir. Səbirlə vaksinasiyanın uğurla başa çatmasını gözləməliyik. 44 günlük Vətən müharibəsində olduğu kimi koronavirusla mübarizədə həmrəy olub, gözlə görünməyən düşmənə qalib gəlməliyik"./Sonxeber.az

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti