Xəzər Xəbər

2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub

Cəmiyyət | 15:22 • 23 Yanvar 2021
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, post-müharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.


Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.


Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.


Aparılmış sosial ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti