Xəzər Xəbər

Qazinin atası üçün təsərrüfat yaradılacaq

Cəmiyyət | 12:17 • 22 Dekabr 2020
Qazinin atası üçün təsərrüfat yaradılacaq

Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Ağasəlim Mürşüdov da Vətən müharibəsi iştirakçılarından biridir.


Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibə zamanı yaralanmış Ağasəlimlə və ailəsi ilə görüşüblər. Ağasəlim özü müharibəyə qədər Bakıdakı şirkətlərdən birində işləyib, müharibədə olduğu vaxt və sonralar da hər ay əməkhaqqı ödənilir.


Ailə ilə görüş zamanı atası Namiq Mürşüdovun istəyinə uyğun olaraq özünüməşğulluq proqramına növbədənkənar cəlb edilməsi qərara alındı. Yaxın günlərdə onun üçün heyvandarlıq təsərrüfatı yaradılacaq.


Ağasəlimin iki qardaşı var, hər ikisinə iş təklif edildi, lakin hələ ki, işləmək istəmədiklərini, istədikləri halda isə məşğulluq mərkəzinə müraciət edəcəklərini dedilər. Anası əlilliyi olan şəxs olduğundan yaxın günlərdə onun üçün də birdəfəlik yardım ayrılacaq. Qazinin əlilliyi qiymətləndiriləcək, əlillik təyinatı aparıldığı halda sosial ödənişlərlə təmin olunacaq.

Xəbər lenti

Çox oxunanlar