Xəzər Xəbər

Müəllimlərin işə qəbulu müsabiqəsində 1497 nəfərin müsahibəsi yekunlaşıb

Cəmiyyət | 13:39 • 22 Dekabr 2020
Müəllimlərin işə qəbulu müsabiqəsində 1497 nəfərin müsahibəsi yekunlaşıb

Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, müsahibələr "Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunur. Namizədlər şəxsi səhifələrində qeyd edilən tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşula bilirlər.


Onlayn müsahibələr üçün yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət komissiya heyətləri yaradılıb. Müsahibələrin 9 gün davam etməsi nəzərdə tutulur.


Dekabrın 14-dək bu günədək 1497 nəfərin müsahibəsi yekunlaşıb. Fənlər üzrə müsahibədə iştirak edəcək namizədlərin ümumi sayı isə 2209 nəfərdir.


Hazırda hərbi xidmətdə olduğundan onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti