Xəzər Xəbər

Karantin postlarının yaradılacağı ərazilər açıqlandı

Cəmiyyət | 12:28 • 11 Dekabr 2020
Karantin postlarının yaradılacağı ərazilər açıqlandı

Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində 5 şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

O bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

"Quraşdırılan postlardan yalnız operativ nəqliyyat vasitələrinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) avtomobillərinin hərəkətinə icazə veriləcək, digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları və nəqliyyat vasitələri isə yalnız e-icaze.gov.az portalından qeydiyyatdan keçməklə hərəkət edə bilərlər".

Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-dən etibarən həmçinin sərt karantin tətbiq edilən 5 şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək: "Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız sms - icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin - nəzarət postları quraşdırılacaq. Postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq". (trend)

Sevinc 

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar