Xəzər Xəbər

Dekabrın 12-sinə gözlənilən hava şəraiti açıqlanıb

Cəmiyyət | 12:51 • 11 Dekabr 2020
Dekabrın 12-sinə gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən "Xezerxeber.az"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı gözlənilir.


Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti olacaq.


Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Dekabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.


Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.



Nərmin

Xəbər lenti