Xəzər Xəbər

Hasara çırpılan maşın od tutub yandı

Cəmiyyət | 09:32 • 5 Dekabr 2020
Hasara çırpılan maşın od tutub yandı

Qusar rayonu ərazisində maşın yanıb.


Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, rayonun Atlıxan kəndində "Lexus” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.


Nəticədə, avtomobilin yanar hissələri yanıb.


Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.


Yanğın söndürülüb.


Nərmin Məcidli


Xəbər lenti

Çox oxunanlar