Xəzər Xəbər

“Associated Press” Ağdamdan yazdı - Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub

Cəmiyyət | 15:06 • 26 Noyabr 2020
“Associated Press” Ağdamdan yazdı -

"Associated Press” agentliyi erməni işğalı nəticəsində Ağdam şəhərindəki dağıntılar barədə məqalə dərc edib.


Məqalədə qeyd olunur ki, şəhərin azad olunmasının sevinci azərbaycanlıların qarşılaşdığı dağıntıların üzüntüsü ilə əvəz olunur.


Məqalədə şəhərin əsas görməli yerlərindən olan Çörək muzeyi, eləcə də konyak zavodunun dağıdılması xüsusi qeyd olunub.


Uzun fasilədən sonra şəhəri ilk dəfə görən 63 yaşlı Ağdam sakini Arif Hacıyev bildirib ki, şəhərdəki evlərdən, mehmanxanalardan, inzaibati binalardan əsər-əlamət qalmayıb:


"Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ baş verib”.


61 yaşlı Nəsibə Zamanova isə bildirib ki, doğma evi minalandığı üçün oraya daxil olmayıb.


Müəllif vurğulayıb ki, Ağdam şəhərində işğala qədər 50 min nəfər yaşayıb. Evlərinin ağ damları ilə məşhur olmuş şəhər o qədər dağılıb ki, indi oranı "Qafqazın Hirosiması” adlandırırlar./trend

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti