Xəzər Xəbər

Azərbaycanda gözəlik salonları, bərbərxanalar bağlana bilər

Cəmiyyət | 14:33 • 24 Noyabr 2020
Azərbaycanda gözəlik salonları, bərbərxanalar bağlana bilər

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxanları sayı artıq 3000-ni ötüb. Yoluxma və ölüm sayı artığına görə həftəsonları aptek və marketlərdən başqa gözəlik salonları, bərbərxanalar, geyim mağazaları, kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulur. Yoluxma sayı artmaqda davam edərsə bu məhdudiyyətlər həftə içi də tədbiq edilə bilərmi?


XəzərXəbər xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, gözəlik salonları, bərbərxanalar, kafe və restoranlar həftə sonları işləməsə də digər günlərdə işlədiyi üçün yoluxma mənbəyi kimi qalır:


"Ona görə də bir müddət apreldəki kimi bu müəssisələrin fəaliyyətin məhdudiyyət qoyulmalıdır. Apreldəki karantin rejiminə qayıtmaq lazımdır. Çünki həmin dövrdə yoluxma sayı 70-ə qədər düşmüşdü. Əgər yoluxma mənbələri hesab olunan müəssisələr bağlanmasa və belə intizamsızlıq olarsa, yoluxma sayı 5000-nə hətta 7000-nə qədər yüksələ bilər. Gürcüstanda yoluxma sayı 4000-ni keçdi. Xəstəlik 2021-ci ildə də davam edə və yanvarda bizdə 2-ci dalğa başlaya bilər. Əslində bu gün biz birinci dalğanın pik həddini yaşayırıq. Çünki birinci dalğanın bitməsi üçün yoluxma sayı 10-15 olmalıdır. Amma bizdə birinci dalğa bitməyib. Hesab edirəm ki, yoluxma dinamikası davam edərsə, geyim mağazaları, gözəlik salonları, bərbərxanalar bağlana bilər".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti