Xəzər Xəbər

Xəbərdarlıq: Əvvəlki aylara nisbətən Azərbaycanda ölüm sayı da artır

Cəmiyyət | 18:29 • 11 Noyabr 2020
Xəbərdarlıq:

"COVİD-ə yoluxmada artımın Avropada, qonşu ölkələrdəki ağır vəziyyətin Azərbaycanda da təkrarlanacağı gözlənilir".


Bunu açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.


İnfeksionist bildirib ki, COVİD-ə yoluxanların vaxtında həkimə müraciət etməməsi səbəbindən ağır xəstələrin sayı artır:


"İnsanlar koronavirusdan qorunmaq üçün aylardır təkrar edilən karantin qaydalarına əməl etmirlər. Xüsusən də tibbi maskadan düzgün istifadə etmirlər. Özündə COVİD-in əlamətlərini hiss edənlər vaxtında həkimə müraciət etmirlər. Evdə otururlar, xəstəliyin 10-12-ci günündə ağırlaşıb gəlirlər.


Ona görə əvvəlki aylara nisbətən bizdə ölüm sayı da artır. Yoluxanların vəziyyəti əvvəlkinə nisbətə indi daha da ağırdır. Çünki hamısı səhhəti ağırlaşandan sonra müraciət edirlər. Evdə öz bildikləri kimi günlərlə müalicə olunduqlarına görə bu halların sayı artmaqdadır.


Hamı bir nəfər kimi maskadan istifadə etsin


Koronavirusa yoluxanlarının sayının artmaması üçün ən çox məsləhət görərdim ki, insanlar hamı bir nəfər kimi maskadan istifadə etsin, onu burunlarının üzərinə çəkməkdən çəkinməsinlər.


Bir maska taxmaqla və asqıran, öskürəndən aralı durmaqla COVİD-ə yoluxanların sayında ciddi azalma müşahidə edə bilərik. Çünki virus gözlə də selikli qişadan keçir. Əgər COVİD pozitivdirsə vaxtında həkimə müraciət etsinlər. Əsas da ixtisası olan həkimə müraciət etsinlər. Aptekdən gedib bildikləri dərmanı alıb içirlər, qeyri-ixtisas həkimlərinə müraciət edirlər. Nəticədə də yoluxanların arasında vəziyyəti ağırlaşanlar da artır"./Milli.Az

Xəbər lenti