Xəzər Xəbər

Qurban Yetirmişli: İzmirdəki zəlzələ Azərbaycanda da qeydə alındı

Cəmiyyət | 23:32 • 30 Oktyabr 2020
Qurban Yetirmişli:

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmik Monitorinq Şəbəkəsi tərəfindən də qeydə alınıb. Hazırda qardaş ölkədə baş verən zəlzələ ilə bağlı müşahidələrimizi davam etdiririk.


Bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.


"Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları – Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub ”, – deyə Q.Yetirmişli bildirib.


Professor İzmirdəki zəlzələ zamanı insan tələfatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib:


"Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil. Türkiyə bizim qardaş ölkəmizdir. Ulu Öndərimizin dediyi kimi, biz "bir millət, iki dövlətik”. Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdir. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!”

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti