Xəzər Xəbər

Hikmət Hacıyev: Ermənistan yeni hücumlara hazırlaşmaq istəyir

Cəmiyyət | 16:33 • 27 Oktyabr 2020
Hikmət Hacıyev: Ermənistan yeni hücumlara hazırlaşmaq istəyir

"Humanitar atəşkəsi digər atəşkəsdən fərqləndirən cəhət var. Humanitar atəşkəs zamanı humanitar fəaliyyətlər həyata keçirilir, əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi baş verir. Buna Azərbaycan müsbət cavab verib. Lakin Ermənistan vədlərinə sadiq qalmayıb".


Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera” kanalına müsahibəsində deyib.


"Oktyabrın 11-də Moskvada humanitar atəşkəslə bağlı bəyanat verildi. Ertəsi gün Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni "SCUD” raketi ilə vurdu. Burada 500 min insan yaşayır. Bu, o deməkdir ki, Ermənistan mülki əhalinin sıx yaşadığı yaşayış məskəninə atəş açıb. Bu, o deməkdir ki, Ermənistan humanitar atəşkəsi pozub. Ondan sonra ikinci dəfə humanitar atəşkəs elan edildi. Ermənistan bunu da pozdu. İkinci humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutdu. Onlara necə etibar etmək olar?! Onlar ikinci dəfə də Gəncə şəhərini "SCUD” raketi ilə vurdular, nəticədə 14 mülki şəxs öldü və 40-dan çox insan yaralandı. İndiyədək 60-dan çox mülki azərbaycanlı öldürülüb. Döyüşlər başlayandan bəri 250 mülki şəxs yaralanıb. Bu, o deməkdir ki, Ermənistan humanitar məqsədli atəşkəsdə maraqlı deyil. Əksinə bundan istifadə edərək vaxt qazanmaq, yenidən qruplaşmaq, yeni hücumlara hazırlaşmaq istəyir", - deyə Prezidentin köməkçisi bildirib.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti