Xəzər Xəbər

Yoluxma sayı artarsa məhdudiyyətlər artırılacaq? Baş infeksionistdən açıqlama

Cəmiyyət | 12:13 • 22 Oktyabr 2020
Yoluxma sayı artarsa məhdudiyyətlər artırılacaq?

Hamıya bəllidir ki, Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Ancaq təbliğat işləri və digər kompleks tədbirlər aparılmasaydı, yəqin ki, onda bu rəqəmlər daha yüksək olardı.


Bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.


Onun sözlərinə görə, COVİD-19 infeksiyası ilə yoluxma hallarının azaldılmasının əsas yolu insanlar arasında təmasların azaldılmasıdır:


"Aparılan təbliğat işləri və digər kompleks tədbirlər bu məsələnin həllinə istiqamətlənib. Bəli, biz yoluxma sayında özümüzə məxsus maksimum həddi aşdıq. Lakin ətrafımıza nəzər salın. Bir çox ölkələrdə bu vəziyyət bizdə olduğundan da pisdir və qonşu ölkələrdə bu hal daha öncə baş verib. Yaddan çıxarmayaq ki, biz hərbi vəziyyət şəraitində yaşayırıq. İndiki durumun özəlliyi bir də odur ki, infeksiyanın yayılmasının bir illik tsikli tamamlanmayıb və biz qış-yaz-yay mövsümünü bitirmişik. Bu gün isə payızdan qışa doğru gedirik. Təbii ki, pandemiya dövrü üçün bu, yeni bir vəziyyətdir və əvvəlkindən fərqlənir”.


Baş infeksionist əlavə edib ki, son günlərdə qəbul olunmuş karantin tədbirlərinin effektivliyi haqqında danışmaq hələ tezdir. Bunun üçün müəyyən vaxt keçməlidir.


Artım belə davam edərsə, yaxın aylarda koronavirusla bağlı gözlənilən vəziyyətin necə ola biləcəyinə gəldikdə, T.Eyvazov qeyd edib ki, ehtiyac olarsa, istənilən yeni yaranan vəziyyət zamanı buna uyğun qərarlar qəbul olunacaq:


"Artım davam edərsə, yəqin ki, bu qərarlar veriləcək. Mart ayından etibarən həm Azərbaycanda, həm də bir sıra ölkələrdə müxtəlif artımlarla üzləşilib. Belə vəziyyətlərdə nəyi və nə vaxt etmək haqqında nəzarətedici orqanlarda artıq kifayət qədər təcrübə toplanıb və qeyd etdiyim payız-qış mövsümünə aid məlumatlar da toplanılır. Bildiyiniz kimi, indiyədək aparılan mübarizə tədbirləri səmərəli, effektiv olub"./Trend

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti