Xəzər Xəbər

İki həftədən sonra məktəblər yenidən bağlanacaq?

Cəmiyyət | 18:54 • 30 Sentyabr 2020
İki həftədən sonra məktəblər yenidən bağlanacaq?

Bəzi valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər.


XəzərXəbər-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. "Bu, sonradan sinifin 14 günlük bağlanmasına səbəb olur. Bunu etməmək olar, məsuliyyətli olmaq, qaydalara əməl etmək lazımdır".


O qeyd edib ki, pandemiya ilə əlaqədar dörd-səkkiz həftədən sonra nə olacağı barədə məlumatlar vermək mümkün deyil: "Ona görə iki həftədən sonra məktəb olmayacağı barədə fikirlər əsaslı olmalıdır, çünki təşviş yaradır. Vəziyyəti mürəkkəbləşdirməyə ehtiyac yoxdur”.

Xəbər lenti