Xəzər Xəbər

Qarabağa muzdluları cəlb etmə barədə İrəvanın ittihamlarına Bakıdan CAVAB

Cəmiyyət | 18:55 • 28 Sentyabr 2020
Qarabağa muzdluları cəlb etmə barədə İrəvanın ittihamlarına Bakıdan CAVAB

İrəvanın Bakının muzdluları cəlb etməsi ilə bağlı ittihamları əsassızdır.


Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov "RİA Novosti”yə bildirib.


"Azərbaycan tərəfindən muzdluların cəlb edilməsi ilə bağlı Ermənistanın ittihamları tamamilə əsassızdır. Eyni zamanda bildiririk ki, Ermənistanın İraqdakı səfiri, Ermənistanın İdlib şəhərindəki baş konsulu muzdluların Ermənistan tərəfinə cəlb etməkdə kifayət qədər fəal olub”, - deyə o bildirib.


Azərbaycanın Xarici İşlər naziri Türkiyənin Ermənistanla münaqişəyə müdaxiləsinin olması ilə bağlı iddiaya münasibət bildirib:


"Türkiyənin heç bir müdaxiləsi yoxdur. Söhbət Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıqdan gedirsə, o zaman deməliyəm ki, Azərbaycan bir sıra ölkələrlə, hətta daha çox Rusiya ilə hərbi-texniki əməkdaşlıq edir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi silahlara baxsanız əksəriyyətinin Rusiyanın olduğunu görərsiniz”, - deyə o bildirib.


Ceyhun Bayramov Türkiyə ilə mütəmadi olan birgə təlimlərin planlı xarakter daşıdığını və konkret bir ölkəyə qarşı yönəlmədiyini bəyan edib.


"Ötən il Azərbaycan ərazisində 10-dan çox belə təlim olub. Əsas məqsəd döyüş hazırlığını artırmaqdır. Ancaq Azərbaycanın digər ölkələrlə keçirdiyi hərbi təlimləri müəyyən bir ölkəyə qarşı yönəlməyib”, - deyə o vurğulayıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti