Xəzər Xəbər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Cəmiyyət | 17:24 • 21 Sentyabr 2020
AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.


AZAL-dan xezerxeber.az-a verilən məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.


Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:


Bakıdan Naxçıvana uçuşlar üçün: • https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919


• WhatsApp: +99455 204 65 54.


Naxçıvandan Bakıya uçuşlar üçün: • https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220


• WhatsApp: +99460 487 30 11


Müraciət etdikdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.


Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğularınızın gec cavablandırılmasına səbəb olacaqdır.


Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar