Xəzər Xəbər

Yaşlı insanlar koronavirusa necə qalib gəlir? ARAŞDIRMA

Cəmiyyət | 12:56 • 27 Avqust 2020
Yaşlı insanlar koronavirusa necə qalib gəlir?

Uzunömürlülüyə meylli insanlar koronavirusla əlaqəli risklərə az həssas olurlar.


Bu barədə Edinburq Universiteti və "Gero” biotexnologiya şirkəti araşdırma aparıb. Bildirilib ki, uzunömürlülüyə səbəb olan genetik mutasiyalar eyni vaxtda COVID-19-un daha yüngül gedişatına səbəb olur.


"Gero” şirkətinin qurucusu Pyotr Fediçevin sözlərinə görə, uzunömürlü insanlar (və onların övladları) xroniki xəstəliklərdən əhalinin orta səviyyəsindən daha az əziyyət çəkir. O hesab edir ki, bu genetik mexanizm ehtimal ki, koronavirus və digər təhlükəli infeksiyalarla mübarizə apara bilər.


Əlavə tədqiqatlar təsdiq edib ki, COVID-19-dan, hətta digər ağır xəstəliklərdən ölüm riski insanın bioloji yaşından asılıdır. Bu baxımdan mövsümi infeksiyalara və koronavirusa qarşı profilaktik tədbirlərə əlavə olaraq yaşlanma əleyhinə dərmanların istifadəsi tövsiyə olunur./publika.az

Xəbər lenti