Xəzər Xəbər

Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik?

Cəmiyyət | 17:04 • 1 Avqust 2020
Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik?

Koronavirusun əsas özəlliyi odur ki, bir qrup xəstəliyi ağır keçirdiyi halda, digərlərində heç bir simptom özünü göstərmir. Mütəxəssislərin sözlərinə görə, bəzi insanlar COVID-19-a yoluxmalarından xəbər tutmaya bilər.


Türkiyəli tibbi mikrobiologiya mütəxəssisi, professor Aynur Eren Topkaya insanların koronavirusa yoluxub-yoluxmadığını ancaq antikor testləri sayəsində öyrənməyin mümkün olduğunu deyir.


"Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərə xəstəliyi asimptomatik keçirənlər daxil deyil. PZR (Polimeraz zəncir reaksiyası) testləri yalnız xəstəliyin bir çox əlamətlərinin müşahidə olunduğu xəstələrə edilir. Xəstəliyi asimptomatik keçirənlər əsasən gənclər, qadınlar, ürək, diabet və hipertoniya kimi əsas xroniki xəstəlikləri olmayan insanlardır.


Vücudumuz infeksiyaya cavab olaraq antikorlar meydana gətirir. Bu antikorlar immunoqlobulin adlanan zülallardır. Antikor testləri ilə infeksiyaya cavab olaraq meydana gələn immunoqlobulinlərin IgG, IgA, IgM analizi edilir. Antikorlar infeksiyaya yoluxmuş insanların qanında olur. Antikor testləri ilə simptomları az olan və ya olmayan infeksiyaları aşkar etmək olar”, - professor qeyd edib./Publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar