Xəzər Xəbər

İsti havada suyu düzgün qəbul etməyin QAYDALARI

Cəmiyyət | 16:42 • 12 İyun 2020
İsti havada suyu düzgün qəbul etməyin QAYDALARI

Gün ərzində iki litr su içməyin vacibliyi barədə fikirlər səslənsə də, orqanizmi bu qədər maye qəbuluna məcbur etmək olmaz.

"İzvestiya” bu barədə rusiyalı həkim-terapevt Olqa Kaşubinanın açıqlamasına istinadla xəbər yayıb.

Onun sözlərinə görə, orqanizmə "su əzabı” vermək lazım deyil. Bədən özü nə qədər su tələbatı olduğunu hiss etdirəcək.

Bununla yanaşı, həkim uşaqların su tələbatına diqqət yetirməyin zəruriliyini də vurğulayıb. Oqeyd edib ki, uşaqları isti havada susuz qoymaq olmaz, onlara hər yarım saatdan bir su təklif edilməlidir.

Xəbər lenti

Çox oxunanlar