Xəzər Xəbər

Alimlərdən öskürək siroplarının təhlükələri barədə XƏBƏRDARLIQ

Cəmiyyət | 10:41 • 5 İyun 2020
Alimlərdən öskürək siroplarının təhlükələri barədə

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, reseptsiz satılan çox sayda öskürək və soyuqdəymə dərmanları koronavirus xəstəliyi zamanı zərərli ola bilər. Tədqiqatçılar Afrikanın yaşıl meymunlarının hüceyrələri üzərində araşdırma apardıqdan sonra bu nəticəyə gəlib.

XəzərXəbər xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.

Mütəxəssislərin fikrincə, dekstrometorfan SARS-CoV-2 patogen mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Məlum olub ki, dekstrometorfanın yoluxmuş heyvan hüceyrələrinə daxil olması ilə SARS-CoV-2-nin inkişafı sürətlə artır. İstehsalçılar öskürək refleksinə səbəb olan beyindəki siqnalları basdırmaq üçün dekstrometorfandan istifadə edir. Bununla birlikdə, mütəxəssislər bu tərkibin təsdiqlənmiş koronavirus xəstələrinə təsiri ilə bağlı əlavə tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.

Xatrıladaq ki, bundan əvvəl Stanforddan olan elm adamları hepatit B dərmanının yüngül koronavirusun müalicəsi üçün istifadə edilə biləcəyini bildirib. Bu dərmanın xəstələrin immun sistemini gücləndirməsinə kömək edəcəyi gözlənilir. Yaxın gələcəkdə onun klinik sınaqlarının keçirilməsi planlaşdırılır. Dərman bədənin tənəffüs xəstəliklərini idarə etməyə kömək edən zülal ehtiva edir. Bu dərman sayəsində elm adamları sağalma sürətini artırmağa və virusun yayılmasını azaltmağa ümid edirlər./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti