Xəzər Xəbər

Yerə təhlükəli asteroid yaxınlaşır - XƏBƏRDARLIQ

Cəmiyyət | 14:05 • 2 İyun 2020
 Yerə təhlükəli asteroid yaxınlaşır  -

"Potensial təhlükə” kateqoriyasına aid asteroid iyunun 6-da Yer planetinə yaxınlaşacaq.


Xezerxeber.az ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) saytına istinadla xəbər verir ki, 163348 (2002 NN4) adı verilən asteroidin diametri 250-570 metrdir. O, saniyədə 11,1 kilometr sürətlə planetimizdən 5,1 milyon kilometr məsafədən keçəcək.


Astronomlar indiyədək yerətrafı fəzada, yəni 0,05 astronomik vahid daxilində və ya 7 milyon kilometr məsafədə ölçüləri 140 metrdən çox olan 8 minə yaxın asteroid aşkarlayıb. NASA mütəxəssislərinin qiymətləndirilməsinə əsasən, bu göy cisimləri "potensial təhlükə” kateqoriyasına aiddir. Yerətrafı orbitdə iri asteroidlərin ümumi sayı isə 25 minə yaxındır.


Alimlər, həmçinin planetimizin yaxınlığında yerləşən orta ölçülü (100 metrdən bir kilometrə qədər) asteroidlərin sayını da müəyyənləşdirə biliblər: 19,5 min ədəd. Eyni zamanda, planetimiz üçün potensial təhlükə törədən və eni bir kilometrdən böyük olan iri asteroidlərin 93 faizi də aşkarlanıb. Onların təxminən minə yaxını Günəşdən 195 milyon kilometr məsafədə dövrə vurur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti