Xəzər Xəbər

Şahin Həsənli: Bu il mübarək Ramazan ayını xüsusi şəraitdə keçirdik

Cəmiyyət | 15:39 • 24 May 2020
Şahin Həsənli: Bu il mübarək Ramazan ayını xüsusi şəraitdə keçirdik

Ramazan bayrami münasibətilə bütün Azərbaycan xalqını, oruc tutan insanları təbrik edirəm. Bu il mübarək Ramazan ayını xüsusi şəraitdə keçirdik. Bununla belə, xüsusi karantin rejimində dini ayinlər hər bir inanclı insan tərəfindən evdə icra olundu.


Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli bu gün baş tutan Bayram namazında AZƏRTAC-a müsahibəsində deyib.


O deyib ki, bu il orucun məhrumiyyəti ilə yanaşı, karantin rejiminin qadağalarına da riayət etdik. Eyni zamanda, hər kəs imkansız ailələrə yardım əlini uzatdı. Bu bizim bir xalq olaraq bir-birimizə qarşı məsuliyyətli və mehriban olduğumuzu göstərdi. Bu da bizim Allahdan ən böyük nemətimizdir.


"Ramazan ayı boyunca ilahiyyatçılar xalqımızı sosial şəbək vasitəsilə canlı yayımla maarifləndirdilər. Xalqımız bu vəziyyəti nəzərə alaraq, qayda-qanunlara anlayışla yanaşdılar. Çox ümidvarıq ki, xalqımız tezliklə bu çətinliklikdən azad olar. Bu bir ay ərzində yardımlaşma aksiyasında iştirak edən insanlara təşəkkürümü bildirirəm. Allahdan diləyirəm ki, həm özümüzün, həm xalqımızın, həm də bütün bəşəriyyətin taleyi ilə bağlı gözəl ümidlər doğrulsun. Bütün xalqımızı bir daha təbrik edirəm”, - deyə Şahin Həsənli qeyd edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti