Xəzər Xəbər

SMS müraciətlərində gecikmələrə aydınlıq gətirilib

Cəmiyyət | 09:23 • 6 Aprel 2020
SMS müraciətlərində gecikmələrə aydınlıq gətirilib

"SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər".

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev deyib.

O bildirib ki, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər ola bilər: "Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir.

SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti