Xəzər Xəbər

DYP: 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb

Cəmiyyət | 15:01 • 5 Aprel 2020
DYP: 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 4-ü saat 08:00-dan aprelin 5-i saat 00:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən xezerxeber.az-a bildiriblər ki, aprelin 4-ü saat 08:00-dan aprelin 5-i saat 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci kilometrində yerləşən keçid postundan 33-ü rayon, 68-i paytaxt istiqamətinə olmaqla 101, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrində yerləşən keçid postundan 14-ü rayon, 48-i paytaxt istiqamətinə olmaqla 62, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 51-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 126, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 185 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 510 avtomobil olmaqla gün ərzində 984 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Ümumilikdə martın 19-dan bu günədək respublika əhəmiyyətli avtomobil yollarında 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar