Xəzər Xəbər

DYP: Karantin dövründə 16 mindən çox nəqliyyat vasitəsi postlardan geri qaytarılıb

Cəmiyyət | 10:27 • 2 Aprel 2020
 DYP: Karantin dövründə 16 mindən çox nəqliyyat vasitəsi postlardan geri qaytarılıb

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 01.04.2020-ci il saat 08:00-dan 02.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən xezerxeber.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla 77 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1 243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.

19.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək 8 685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6 380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti