Xəzər Xəbər

Azərbaycanda ödənişli yolların yaradılması ilə bağlı YENİLİK

Cəmiyyət | 15:45 • 10 Mart 2020
Azərbaycanda ödənişli yolların yaradılması ilə bağlı

Türkiyə Azərbaycanla nəqliyyat infrastrukturu ilə bağlı əməkdaşlıq edəcək.

XəzərXəbər xəbər verir ki bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, əməkdaşlıq çərçivəsində Azərbaycanda ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması məqsədilə Türkiyə təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.

"Bütün bunlarla yanaşı, əməkdaşlıq çərçivəsində yol tikintisi layihələrinə investisiyaların yatırılması da nəzərdə tutulur”, - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, adı gedən sahə üzrə əməkdaşlıq 2020-2025-ci illəri əhatə edəcək.

Nazirlikdən o da bildirilib ki, Azərbaycan və Türkiyə arasında hava, quru, dəniz və dəmir yolu nəqliyyatına dair əvvəllər imzalanan sazişlərin müddəalarını saxlamaqla sadalanan mövzularda əməkdaşlığı daha da inkişaf etdirmək nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar