Xəzər Xəbər

XƏBƏRDARLIQ: Köhnə çayı içməyin 2 saat ərzində...

Cəmiyyət | 11:12 • 8 Mart 2020
XƏBƏRDARLIQ: Köhnə çayı içməyin

Bəzən insanlar axşamdan dəmlənmiş çayı səhər də içir.

Araşdırmalar nəticəsində bunun həddindən artıq zərərli olduğu ortaya çıxıb. Çayın tərkibində tanin, pektinlər, büzücü maddələr, vitaminlər, minerallar, efir yağları və s. faydalı maddələr var. Lakin köhnə çayda bu faydalı maddələr qalmır, onlar hamısı dağılır. Mütəxəssislər çayı dəmlədikdən sonra 2 saat ərzində içməyi tövsiyə edirlər.

Əlavə olaraq da köhnə çayda bakteriyalar, göbələklər, toksiki maddələr çoxalmağa başlayır. Bu da mədə-bağırsaq sistemi və qaraciyər üçün çox ziyanlıdır./publika.az

Xəbər lenti