Xəzər Xəbər

TƏBİB: Sədərəkdəki yanğında 10 nəfər zərərçəkib

Cəmiyyət | 09:52 • 18 Fevral 2020
TƏBİB: Sədərəkdəki yanğında 10 nəfər zərərçəkib

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə yerində 9 nəfərə yerində yardım göstərilib.

Bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Xəbər lenti

Çox oxunanlar