Xəzər Xəbər

Bu gün magistraturaya sınaq imtahanı keçiriləcək

Cəmiyyət | 09:10 • 2 Fevral 2020
Bu gün magistraturaya sınaq imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 847 nəfər qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün 4 imtahan rəhbəri, 72 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.


İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar. Bakalavrlar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:


- şəxsiyyəti təsdiq edən sənədin əsli;


- "İmtahana buraxılış vərəqəsi”.


Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.


İmtahan binasına giriş zamanı xüsusi buraxılış rejimi tətbiq olunacaq və üstündə mobil telefon, konspekt, eləcə də digər yardımçı vasitələr aşkar olunan bakalavrlar imtahan binasına buraxılmayacaqlar. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab kartını nəzarətçiyə təhvil verməlidirlər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti