Xəzər Xəbər

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb

Cəmiyyət | 14:00 • 30 Yanvar 2020
Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı məlumat yayıb.


İnstitutdan verilən məlumata görə, 1957-ci il təvəllüdlü xəstə yanvarın 14-də saat 14.55-də ağır vəziyyətdə daxil olub. O, pulmonologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr nəticəsində "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi; ağciyərlərin emfizeması, bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi; tənəffüs çatışmazlığı (II dərəcə); pulmonar hepertenziya; ürək çatışmazlığı, keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq - fibroz bərk ocaqlar və plevra qalınlaşması şəklində” diaqnozu qoyularaq müalicə təyin edilib. Pulmonoloq və kardioloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq xəstənin yanvarın 29-da vəziyyəti kəskin dəyişib və əsas xəstəliklərin ağırlaşması kimi kəskin ağciyər, ürək çatışmazlığı inkişaf edib. Bu səbəbdən xəstə reanimasiya şöbəsinə köçürülüb və yanvarın 30-da saat 01.20-də bioloji ölüm olub.


İkinci xəstə - 1941-ci il təvəllüdlü şəxs yanvarın 29-da saat 12.45-də olduqca ağır vəziyyətdə "İkitərəfli pnevmoniya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi, hipoksik ensefalopatiya naməlum mənşəli nefropatiya” diaqnozu ilə daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib. Reanimatoloq və pulmonoloqun nəzarəti altında intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə yanvarın 30-da saat 02.00 radələrində bioloji ölüm qeydə alınıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti