Xəzər Xəbər

Əməkdar jurnalist Elmira Əliyeva vəfat edib

Cəmiyyət | 12:15 • 20 Yanvar 2020
Əməkdar jurnalist Elmira Əliyeva vəfat edib

Ölkəmizin jurnalist ictimaiyyətinə ağır itki üz verib. Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.


Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə "Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində "İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.


1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.


AZƏRTAC-ın əməkdaşları üçün Elmira xanım həmişə yüksək peşəkarlıq, heç də sadə olmayan jurnalist peşəsinə sədaqət etalonu olub. Biz ondan çox şey öyrənmişik, onun oçerklərinin qəhrəmanları olmuş məşhur ictimai xadimlər, elm, mədəniyyət işçiləri ilə görüşləri barədə söhbətləri həm gənc nəslin, həm də ölkəmizin tarixi ilə maraqlanan hər kəsin diqqətini cəlb edirdi. Bu yazılar əsasında nəşr etdirdiyi "İnsanlar... Hadisələr... Zaman...” adlı ikicildlik (rus dilində) onun jurnalistlik fəaliyyətinə bir növ yekun oldu.


2010-cu ildə təqaüdə çıxması ilə əlaqədar AZƏRTAC-dan gedəndən sonra da mətbuatla fəal əməkdaşlıq edirdi.


Elmira xanımın xatirəsi onu tanıyanların qəlbində adı böyük hərflərlə yazılan jurnalist, müstəsna dərəcədə xeyirxah, hər kəsin hər bir xahişinə həssas, yaxşılığa ürəkdən sadiq bir insan kimi qalacaq.


Biz Sizi həmişə xatırlayacağıq, Elmira xanım.


Allah rəhmət eləsin!

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar