Xəzər Xəbər

Uşaq evində müəllimin azyaşlını döyməsi ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb

Cəmiyyət | 12:16 • 18 Yanvar 2020
 Uşaq evində müəllimin azyaşlını döyməsi ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb

Bakıda uşaq evində müəllimin azyaşlını döyməsini özündə əks etdirən video görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, həmin görüntülərlə bağlı Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.


Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yerləşən 2 saylı uşaq evində tərbiyəçinin azyaşlını döyməsinə dair görüntülər yayılıb.


Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yayılan həmin video görüntülərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.


Bildirilib ki, qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən, dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti