Xəzər Xəbər

Sahil Babayev: “Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək”

Cəmiyyət | 11:39 • 18 Yanvar 2020
Sahil Babayev: “Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək”

"Bu il Bakıda daha 2 DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparılır”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.


Nazir deyib ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib: "1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. "Könüllü DOST” proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır”.


S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. Nazir 2020-ci ildə 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.


Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından danışan S.Babayev əsassız pensiya və əlillik təyinatlarının ləğvi, habelə geniş elektronlaşma proqramı nəticəsində büdcə vəsaitlərinə qənəat edilməsi, imtiyazlı şəxslərin mənzil və avtomobillə təminatı və digər sahələrdə əldə edilən müsbət nəticələri qeyd edib. Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzil və fərdi ev müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini deyib.


O eyni zamanda, dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılmasının məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini bildirib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti