Xəzər Xəbər

Həkimdən arıqlamaq üçün VACİB MƏSLƏHƏT

Cəmiyyət | 09:54 • 13 Yanvar 2020
Həkimdən arıqlamaq üçün

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov arıqlamaq üçün vacib məsləhətlər verib.

XəzərXəbər xəbər verir ki, həkim bayram ərəfəsində kalorili yeməklər yeyən insanların sonradan iştahanı azaltmaqda əziyyət çəkdiyini deyib: "Stress hormonu olan kortizol insanın doyma hormonu olan leptine qarşı həssaslığını azaldır. Yəni stresli vəziyyətdə sizin beyninizə doyma siqnalı gec çatacaq. Həm də stress vaxtı insan şirin məhsullar yemək istəyir ki, beyində xoşbəxtlik işinə baxan serotonin ifraz edilsin. Şirin qidaların zərərləri hamıya məlumdur.

Stresdən uzaqlaşmağın ən yaxşı yolu musiqiyə qulaq asmaq, arada gözləri yumub dərindən bir neçə dəfə nəfəs almaq və nanəcövhər iyləməkdir. Hər 2 saatdan bir nanə iyləyin, bu, sizin iştahanızı da azaldacaq. İçdiyiniz suya xiyar doğrayın. Bu zaman su içməkdən yorulmayacaqsız. Aclıq və susuzluq mərkəzi beyində çox yaxındır, çoxlu su içmək canavara dönmüş iştahanızı sakitləşdirəcək.

Yemək yeməzdən əvvəl 5 dəqiqəlik də olsa, idman edin. Məsələn, bir neçə dəfə oturub-durun, ya 10 dəfə atılıb-düşün. Ürəyinizin döyüntüsünü hiss etdinizsə, demək aclıq hormonu olan grelini tormozlaya bildiniz. Bundan sonra yeməyə başlayanda istər-istəməz az yeyəcəksiniz".

publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti