Xəzər Xəbər

Badamdarda yenidən sürüşmə baş verib - YENİLƏNİB

Cəmiyyət | 09:22 • 9 Yanvar 2020
 Badamdarda yenidən sürüşmə baş verib  -

Badamdarda baş verən sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.


***


08:52

Badamdarda sürüşmə olub.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, hazırda nazirlik əməkdaşları hadisə yerinə gedirlər: "Hadisə yerinə çatandan sonra bunun sürüşmə və ya uçqun olduğu aydınlaşacaq".


Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.

Xəbər lenti