Xəzər Xəbər

Bakıda 26 minə yaxın uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

Cəmiyyət | 15:18 • 3 Yanvar 2020
Bakıda 26 minə yaxın uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.


BŞTİ-dən bildirilib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ötən il 25 min 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

Xəbər lenti

Çox oxunanlar