Xəzər Xəbər

Dərini və bağırsaqları təmizləyən yerkökü müalicəsi

Cəmiyyət | 09:33 • 26 Oktyabr 2019
Dərini və bağırsaqları təmizləyən yerkökü müalicəsi

Əgər bağırsaqlar təmizdirsə, dəri heç bir kosmetik vasitənin köməyi olmadan parıldayır, yanaqlarda isə azca qızartı əmələ gəlir. Bu, məlum bir həqiqətdir.

Şirin yerkökü salatı bağırsaqları nizama salır, öz lifləri sayəsində onu təmizləyir, A vitamini isə dəriyə xoş rəng verir. Həmçinin yerköküdə bol olan karotenoidlər sayəsində görmə qabiliyyəti yaxşılaşmağa başlayır.

Tərkibi:

1. Yerkökü (3 ədəd)

2. Təbii bal (1 çay qaşığı)

3. Qırmızı bibər (1 çimdik)

4. Bitki yağı (yarım çay qaşığı)

Hazırlanması:

Şirəli yetişmiş yerkökü yuyulur, qabığı soyulur və sürtgəcdən keçirilib dayaz oksidləşməyən qaba əlavə edilir. Sonra digər inqrediyentlər: bibər, bal və yağ ilə qarışdırılır.

Bu yerkökü salatı yuxudan durandan və su içdikdən təxminən yarım saat sonra orqanizm tərəfindən daha yaxşı əmilir. Əlbətdə ki, bu səhər yeməyi möcüzəlidir, lakin bir dəfə ilə görünən effekti əldə edə bilməyəksiniz, mütəmadi olaraq rasiona daxil edilməlidir. Təxminən 10 gün sonra görünüşdə nəzərəçarpacaq dərəcədə dəyişiklik hiss olunacaq, qarnınızın düzləşməsi isə sizə yüngüllük gətirəcək.

publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti