Xəzər Xəbər

Yeməkdən sonra çay içənlər mütləq oxusun!

Cəmiyyət | 15:52 • 3 İyul 2019
Yeməkdən sonra çay içənlər mütləq oxusun!

Çay çox faydalı içkidir. Çay orqanizmin qocalmasını ləngidən antiokdidantlarla zəngindir.

XəzərXəbər saglamolun.az-a istinadla xəbər verir ki, çay güclü xərçəng əleyhinə təsirə malikdir. Çay insanı daha gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır.

Lakin bəzi hallarda çay orqanizmə fayda deyil, ziyan vura bilər.

Ölkəmizdə bir qayda olaraq yeməkdən sonra süfrəyə çay verilir. Bu çox pis adətdir. Məsələ burasındadır ki, çay büzücü maddələr və taninlə zəngindir. Bu maddələr orqanizmə qida ilə daxil olan bəzi maddələrin mənimsənilməsi prosesini pozur. Bu xüsusilə zülallara və orqanizm üçün ən vacib minerallardan birinə olan dəmirə aiddir.

Dəmirlə zəngin olan qidalardan sonra çay içən insan dəmirin bağırsaqlar tərəfindən sovrulmasını pozur. Dəmir hemoqlobinin tərkibinə daxildir və orqanizmin bütün hüceyrələrinə həyati vacib oksigenin daşınmasında iştirak edir. Dəmir orqanizmə lazım olandan az miqdarda daxil olunduqda insanda dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edir ki, bu da bir çox pozulmaların inkişafına təkan verir.

Beləliklə, dəmirlə zəngin olan qidalardan dərhal sonra çay içən insan bilmədən öz sağlamlığına ziyan vurur.

Həmçinin qida qəbulundan dərhal sonra içilən çay zülalların da mənimsənilməsini pozur. Zülallar orqanzimin bütün hüceyrələrinin əsas tikinti materialıdır.

Çaydan fayda almaq istəyirsinizsə, çayı qida qəbulunda 20 dəqiqə əvvəl və ya 1 saat sonra için.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti