Xəzər Xəbər

Təmassız ödənişlər təhlükəsizdirmi? Ekspert açıqlaması

Cəmiyyət | 15:48 • 22 İyun 2019
Təmassız ödənişlər təhlükəsizdirmi?

2007-ci ildə Böyük Britaniyada, daha sonra dünyanın bir çox yerində və bir neçə ildir ki, Azərbaycanda təmassızödəniş üsulu həyata keçirilir.

Plastik kartlar vasitəsilə nağdsız əməliyyatlar zamanı kartı POS-terminala daxil etmədən yalnız yaxınlaşdırmaq və heç bir PİN kod tələb etmədən sürətli ödəniş etməyə imkan yaradan bu texnologiya Azərbaycanda 2014-cü ildən bəri istifadə edilir.

Artıq, demək olar, bütün banklar təmassız ödəmə funksiyasını kartlarına əlavə ediblər. Bu funksiya istehlakçıların işini rahatlaşdırır və vaxta qənaət edir. Bəs insanlar bu texnologiyadan razıdırlarmı və təhlükəsizlik necə təmin olunur?

Bank rəsmisi Əli Daşdəmirovun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu əməliyyatlar üzrə bəzi təhlükəsizlik tədbirləri görülür. Buna misal olaraq kartdan birdəfəlik PİN-siz əməliyyatlar üzrə maksimal limitlərin təyin edilməsidir.

O bildirir ki, ölkəmizdə bu texnologiya ilk dəfə yarandıqda PİN kodsuz ödəmə limiti 20 manata qədər idisə, hazırda bu limit artaraq 50 manat olub. Ödənişlər 50 manatdan yuxarı olduqda isə mütləq kod tələb olunur.

İqtisadçı ekspert Elşad Məmmədov isə deyir ki, istehlakçıların işinin yüngülləşdirilməsi istiqamətində bu texnologiya effektivdir. Lakin Azərbaycanda təhlükəsizlik texnologiyaları ilə bağlı olan imkanlar limitin artırılmasına əsas vermir.

Onun sözlərinə görə, bu texnologiya ölkəmizdə pilot layihədir və inkişaf etdirilməsiüçün üzərində bir sıra işlər aparılmalıdır.

Ekspert bildirir ki, yaxın aylarda ya limitlərin artırılması, ya da ümumiyyətlə, aradan qaldırılması nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti