Xəzər Xəbər

Alimin bu tədqiqatı DÜNYANI ŞOKA SALACAQ: yeni insan hazırlanır

Cəmiyyət | 10:18 • 11 İyun 2019
Alimin bu tədqiqatı DÜNYANI ŞOKA SALACAQ:

Rusiya bioloqu Denis Rebrikov "GMO-uşaq” (Genetik Modifikasiya olunmuş Orqanizm) yaratmağı planlaşdırır.

Bioloq sensasiyalı plan haqqında "Nature” jurnalına müsahibəsində danışıb.

Rebrikovun sözlərinə görə, əgər müvafiq razılıq alacağı halda, ilin sonuna kimi GMO embrionların implantasiyasını həyata keçirmək imkanına baxır. Sınaq CCR5 geninin modifikasiyasına hədəflənəcək. Bu modifikasiya üzərində ötən ilin noyabrında ilk "GMO-uşaq”ların yaradılması haqqında planlarını açıqlayan qalmaqallı məşhur Çin bioloqu Xe Szyankuy işləyirdi.

Rebrikov iddia edir ki, genin modifikasiyası üzrə onun metodu daha faydalı, daha az təhlükəli, cəmiyyət üçün daha etik və münasib olacaq.

Bununla belə, "Nature” nəşrinin fikrini öyrəndiyi mütəxəssislər Rusiya bioloqunun planlarından narahatlığını ifadə ediblər. Mütəxəssislərin fikrincə, bioloqun istifadə etməyə planlaşdırdığı genin dəyişdirilməsi texnologiyası hələ ki hazır deyil. Bundan başqa, prosedurun etik tərəfi müəyyən suallara səbəb olur.

Qeyd edək ki, Denis Rebrikov – biologiya elmləri doktorudur. O, Moskvada Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Tibb Tədqiqat Mərkəzində GMO laboratoriyasına başçılıq edir və Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin elmi işçisidir./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti